Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ağstafada yolkənarı ağacların yeri dəyişdirilib

IMG 20200203 WA0004

Bakı-Qazax yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində ağacların yeri dəyişdirilib.  “Bölgənin Səsi” saytının məlumatına görə, belə ki, ağaclar darandıqdan sonra çıxarılaraq yolun genişləndirilmiş hissəsində yenidən basdırılıb. Qeyd edək ki, bir neçə gün qabaq eyni yolun Şəmkir rayonundan keçən hissəsində basdırılmış ağaclar yandırılaraq məhv edilmişdi.

Məktəblilərin qış tətili bitib

0563bffe 1c40 4a9b 9063 6c443773a4bd

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.

Azərbaycanlı cüdoçular mübarizəyə başlayır

Cudo azechamp 160819 (1)

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır. Trend-in məlumatına görə, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar. Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal … Read more

Fiziki şəxslərin əmtəələri artıb

Manat

2019-cu ilin dekabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 24,746 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur. Azərbaycanın Mərkəzi Bankının hesabatına görə, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayına nisbətən 16,9 faiz artaraq 14,381 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin həcminə gəldikdə isə, burada da 3 faiz, … Read more

Sabah hava necə olacaq?

24 saatte dusen en yuksek yagis miktari

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4° isti, gündüz … Read more

Keçmiş deputat avtoqəzaya düşüb

9cae9cc9 d675 44c0 8205 82c3e23e2e81

Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb. Bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə yazıb. Qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 – 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Gürcüstanda azərbaycanlı kənd sakini qətlə yetirilib

B336a1d2 9fb1 4a20 8e2c 94a7bf6da3d8

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib. Hadisə ötən axşam baş verib. F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub. F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma … Read more

AMEA: “Azərbaycanda 9 iqlim qurşağı yoxdur”

Iqlim qurşaqları xəritəsi

Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir. Bunu Azərbaycan trend-ə Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir. M.Həsənov qeyd edib … Read more

Ən çox və ən az namizədi olan dairələr…

Ax 2018 04 09 secki1

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub. Secki-2020.az saytı xəbər verir ki, ən çox deputatlığa namizəd 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb. Bu seçki dairəsində 23 deputatlığa namizəd var. Ən az deputatlığa namizədlər isə 1 saylı Şərur-Sədərək, 2 … Read more

Mehmanxanaların gəlirləri artıb

Hotel

2019-cu ildə Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2 faiz çox və ya 450,2 milyon manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 66,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8 faizi ictimai iaşə xidmətlərindən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 2019-cu ildə mehmanxanaların birdəfəlik … Read more

Azərbaycanda 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı – Açıqlama

Usaq qizdirma

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. C.İsayev trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının … Read more

Əlilliyi olan şəxslərlə bağlı tədbirlər proqramı

Elil invalid

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiqlənmiş “2020-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu il nazirliyin həyata keçirəcəyi tədbirlər müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onların sırasına əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması və müalicəsinə köməklik göstərilməsi, bu kateqoriyalardan olanlara diqqət … Read more

Koronavirusun artımının ilk görüntüsü – Foto

65480

Honkonq universitetinin alimləri koronavirusun artımının ilk görüntüsünü yayıblar. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Şəkillərdə 2019-nCoV koronavirusuna yoluxmuş hüceyrə təsvir edilib. Alimlər bildiriblər ki, virusla hər yoluxmuş hüceyrə minlərlə yeni virus hissəcikləri yarada bilər. Virusun öyrənilməsi ilə məşğul olan tədqiqatçılardan biri Con Nikols bildirib ki, universitet tədqiqatın nəticələrini virusun ştamlarına girişin olmadığı başqa alimlərə verməyə hazırdır.

3 fevralın məzənnəsi

407912320

Fevralın 3-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 03.02.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il yanvarın 31-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Ölkədə toz dumanı müşahidə olunur

419017525

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki … Read more

Küçə uşaqları təhsilə cəlb olunacaq

414758166

Küçə uşaqları təhsilə cəlb ediləcək. Sputnik-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib. O deyib ki, birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür: “Təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet … Read more

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

De3ddb6755b1394a45bccc93b322

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb. Yanvarın 31-də qızılın qiyməti yanvarın 30-u ilə müqayisədə 12,2145 manat azalaraq 1 unsiya üçün 2672,162 manat təşkil edib. Gümüş 0,3848 manat bahalaşaraq 1 unsiya üçün 30,3328 manata bərabər olub. Platinin qiyməti 15,2405 manat artaraq 1666 manat, palladiumun qiyməti 75,4885 manat artaraq 3949,4485 manat təşkil edib. Ad 31.01.2020 30.01.2019 Qızıl … Read more

1 fevral havası

Yagmursuz hava

Fevralın 1-nə ölkə ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti … Read more

Deputatlığa namizədliyini geri götürənlərin sayı artır

407153518

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının (MSK) saytının yaydığı məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb. Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri … Read more

Azərbaycanın valyuta ehtiyatları

Trend elman rustemov tedbir 310120 (3)

Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib. E.Rüstəmovun sözlərinə görə, bununla da ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib. Mərkəzi Bankın sədri onu da əlavə edib ki, Azərbaycanın bank sektorunda hələ də zəiflik var: … Read more