Sentyabrda gündəlik neft hasilatı artıb

52425294 6b83 448d ab02 47b2d2d62d44

Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel artaraq 755 min barel olub. Energetika Nazirliyindən verilən məlumata görə, bu həcmin 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib. … Read more

Tovuzda veteranlarla görüş keçirilib

IMG 20191010 WA0001

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Tovuz rayon şöbəsində tədbir keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, tədbirdə veteranlara hüquqi məsləhətlər verilib. AVMVİB-nin Təşkilati işlər üzrə müavini Vahid Abdurahmanov, Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev çıxış ediblər.  

Tovuzda Səttar Bəhlulzadənin 110 illiyi qeyd olunub

IMG 20191009 WA0000

Tovuzda Xalq rəssamı Səttar Bəhlulzadənin 110 illiyi qeyd olunub. “Bölgənin Səsi” saytının məlumatına görə, tədbir Dövlət Rəsm Qalereyası və Tovuz Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Təbdir rayon mədəniyyət işçilərinin ifasında canlı musiqi və rəqs nömrələri ilə başa çatıb.

Şəhidlər Xiyabanında təmizlik işləri aparılıb

IMG 20191008 WA0038

Oktyabr 8-də Tovuz Dövlət Sosial İqtisad Kollecinin tələbələri Qovlar şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. “Bölgənin Səsi” saytının məlumatına görə, ziyarət kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunub. Tələbə gənclər şəhidlərin məzarı üzərində təmizlik işləri aparıblar.

355 nəfər vətəndaşlığa qəbul olunub

488c27e0 bad8 4a88 b8cf f6ffa9569b80

Azərbaycanda 355 nəfər vətəndaşlığa qəbul olunub. Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, 338 nəfər vətəndaşlığa qəbul olunub, daha 17 nəfərin isə vətəndaşlığı bərpa edilib. Həmin şəxslər Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Azərbaycan millisi Bəhreynə yola düşüb

860193ef eec4 49a1 b0fb 3dcd50276772

Futbol üzrə Azərbaycan milli komandası Bəhreynə yola düşüb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu gün saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub. Komanda təxminən 3 saat sonra təyinat nöqtəsinə çatacaq. Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə … Read more

Sabah rayonlarda güclü külək əsəcək

C2309457 df13 4b04 a0bc e9d3e7e56f92

Azərbaycanda oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında oktybarın 9-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz … Read more

8a374a34 62e1 40a0 8883 530fbb44de76

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,85 ABŞ dolları və yaxud 1,39% yüksəlib. Bir barelinin qiyməti 62,10 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bu gün yeni Baş nazir təyin ediləcək

21e32069 2e86 4c31 b3fb 1bc37cdc96c9

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək. Məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq. Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə … Read more

Tovuzda könüllük təbliğ olunub

IMG 20191008 WA0001

Oktyabr 7-də Tovuz Dövlət Sosial İqtisad Kollecində könüllük anlayışının təbliği mövzusunda təlim keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, təlim Tovuz Gənclər Evinin əməkdaşları və könüllüləri tərəfindən təşkil olunub. Yekunda bir daha aydın olub ki, bu gün könüllülük fəalliyətinə maraq əvvəlki illərə nisbətən yüksəkdir.

“Qarabağ” “Neftçi”nin rekorduna yaxınlaşıb

Ccba5cce 4001 4f74 a8ed caae77ef60ce

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ”ın 7 oyunda 7 qələbə qazanması çempionatın tarixinə düşüb. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və … Read more

Bu ay iki ulduz axını olacaq

Ulduz

Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək. İlk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. Göydə təxminən saatda on ulduz axını görünəcək. Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq. Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də … Read more

Şimal bölgəsində külək “Azərişıq”ın işini çətinləşdirib

Wind 0606 2 (1)

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” önləyici tədbirlər görür. Bunu açıqlamasında “Azərişıq” Açıq Səmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) baş verə biləcək qəzaların qarşısını … Read more

Məzənnə

73ef08bb 923a 4343 8e4d 243294db1039

Azərbaycan Mərkəzi Bankı 07 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 7-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8666 manat təşkil edir. 1 türk lirəsi 0,2977 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü … Read more

Atəşkəs pozulub

F988677a faca 49c7 803c 79899e30721e

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki … Read more

Qazaxda intellektual turnir keçirilib

FB IMG

Bu gün Qazax GİKM-nin İntellektual Oyunlar Klubunun təşkilatçılığı gənclər arasında növbəti turnir keçirilib. Qazax Gənclər Mərkəzində reallaşan yarışın ilk mərhələsində gənclər “Nə? Harada? Nə zaman” formatında mübarizə aparıblar. Burada fərqlənən 4 komanda “Breyn Rinq”də öz savadını nümayiş etdirib. Turnirin yekun nəticələrinə əsasən, müstəqil “Pentaqon” komandası yarışın qalibi olub. BDU-nun Qazax filialının təmsilçisi “Hermes” II, “Sarkazm” … Read more

Gənclər arasında könüllülük təşviq olunub

FB IMG

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan ”Gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində Qazax Gənclər Mərkəzində tədbir təşkil edilib. Tədbirin açılışında “Gənclərin Həmrəyliyi” ictimai birliyinin sədr müavini Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib. Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov isə qonaqları salamlayaraq layihəyə uğurlar arzulayıb. … Read more

İsa Almazovun məzarı ziyarət olunub – Foto

FB IMG

Bu gün Qazax GİKM-in təşkilatçılığı ilə “Gənc könüllülər” şəhid gizir İsa Almazovun anadan olduğu Cəfərli kəndində olublar. Gənclər Cəfərli kənd qəbiristanlığında şəhidin məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər. Qeyd edək ki, gizir İsa Almazov 2014-cü ilin 1 avqust tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Rafael Ağayev finala yüksəlib

10047202 79d7 400b 80fb fd1e2117469e

Azərbaycan karateçisi Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində final mərhələsinə adlayıb. 75 kq çəkidə çıxış edən 34 yaşlı karateçi Rafael Ağayev ardıcıllıqla Yassin Sekuriyə (Mərakeş), Rodriqo İbanezə (İspaniya), Matus Lieskovskiyə (Slovakiya) və Bəhmən Əsgəriyə (İran)üstün gəlib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) döyüşəcək. Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün … Read more