Ağstafada müharibə veteranının evi qazlaşdırılmır. NİYƏ?

Qaz problemi

Ağstafa rayonunun sərhəd kəndi Köhnəqışlaqda yaşayan Qarabağ müharibəsi veteranı Məmmədov Əvəz Məhəmmədəli oğlunun evində qaz yoxdur. Veteran döyüşçü “Bölgənin Səsi” saytına bildirib ki, evinə qaz çəkmək üçün Ağstafa rayon qaz idarəsi ondan 300 manat dövlət rüsümu ödəməyi və qaz borularını öz hesabına almasını tələb edir: “Təxmini hesablamalara görə evin qazlaşdırılması üçün 1000 manat lazımdır. Bu … Read more

394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: “Onlardan 2216 nəfərinin namizədliyi … Read more

Günəş Yer kürəsinə yaxınlaşacaq

Sun1

Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq.  Bu barədə TASS-a astronavt, Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib. “Bazar günü, yanvarın 5-də planetimiz öz orbitinin nöqtəsində Günəşə ən yaxın məsafədə olacaq. Hansı ki, o ildə bir dəfə baş verir. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu, 147 milyondan çox kilometrdən ibarətdir”, – deyə … Read more

Azərbaycan qadınların daha çox törətdiyi cinayətlər

Qandal

Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər. Trend-in məlumatına görə, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələzduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib. Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi … Read more

2019: Diplomatik əlaqələr

Trend baku city spring 270415 01 (1)

Ötən ildə Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb. Bu haqda 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında xəbər verilir. Qeyd edilib ki, xarici … Read more

Yol Polisi sürücülərə müraciət edib

Road snow texnika 031218

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 2020-ci il yanvarın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi … Read more

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

R96 Kapak Gorsel 1132x600

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur. Hesabat dövründə … Read more

Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb

Trend baku city spring 270415

2019-cu ildə Azərbaycanda iqtisadi aktivliyin müsbət dinamikası qorunub. 2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib. Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb. İnflyasiyanın bir sıra vacib daxili və xarici amillərini zərərsizləşdirmək üçün pul şəraitinin ardıcıl … Read more

Bu gündən hava kəskin dəyişəcək

4057c304 4b32 464e bcb3 7eb566b0567b

Bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Havanın çiskinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək … Read more

Bayram havası

Trend yeni il 271218

Yeni ilin ilk günlərində ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz olacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dekabrın 30-dan 31-ə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə kəsiləcəyi … Read more

On bir ayın vergi yoxlaması

412500916

Bu ilin 11 ayında 776 səyyar vergi yoxlaması aparılıb. Bu barədə 2020-ci ilin yanvarından Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərə həsr olunan mətbuat konfransında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini qeyd edib ki, ölkədə vergi siyasəti, o cümlədən vergi uçotunun dürüstləşdirilməsi, yoxlamaların aparılması və digər sahələrdə ciddi nailiyyətlər əldə edilib. Səyyar vergi yoxlamaları sahəsində köklü … Read more

Sabaha olan HAVA: Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Yagisli hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 28 dekabrda gözlənilən hava şəraitini açıqlayıb.  Bolgeninsesi.org Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda … Read more

Hacı Əliyev: “Hədəf olimpiadaya qatılıb nəticə göstərməkdir”

Cc007095 8c05 44b6 9fcd 8954f4937a02

“2019-cu il mənim üçün uğurlu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım”. Bu fikirləri Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançıları … Read more

Bu il milli parklara 104 276 turist səfər edib

B1da9bf0 480f 443e b825 de411ecc64a9

“Bu il Azərbaycanın milli parklarına  104 276 turist səfər edib”. Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib. Onun sözlərinə görə, bunların 93804-ü yerli, 10472-si isə xarici vətəndaş olub: “Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. 2018-ci ildə ziyarətçilərin sayı 79997 … Read more

2019-cu ilin ən çox satılan smartfonları

2

2019-cü ildə ən çox satılan smartfon Ayfon XR modelidir. Ümumi satışların 3 faizi bu modelin payına düşür. “Əpl” şirkətinin digər məhsulu Ayfon-11 modeli isə siyahının 5-ci pilləsində qərarlaşıb. Bu barədə məlumatı “9to5mac” saytı yayıb. Reytinqdə 2-ci və 3-cü yerləri 2,6 faiz və 1,9 faiz satışla müvafiq olaraq “Samsunq Qalaksi”nin A10 və A50 modelləri tutub. “Samsunq”un … Read more

Atəşkəs pozuldu

Trend karabax soldier albom hd 200814

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy … Read more

Həftəsonu məktəblərin dərs qrafiki

School 240417

Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib. Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib. Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq. … Read more

2020-də bütün ölkədə icbari tibbi sığorta sistemi tətbiq ediləcək

Tpa service optimization on payroll social insurance tax

2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq … Read more

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb – Qrafik

Meyveterevez

Azərbaycanda 2019-cu ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 362,4 milyon manat təşkil edib ki, onun da 3 milyard 731,1 milyon manatı heyvandarlıq, 3 milyard 631,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə … Read more

Zəyəm məktəbliləri sinfə çantasında odun gətirir… – Videoreportaj

1 741x486

Şəmkir rayon Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin şagird və müəllim heyəti ümumi problemlərindən danışıb. Uşaqlar çantasında sinfə odun gətirir, oyun meydançası yoxdur… “Bölgənin Səsi” saytının reportyor qrupunun məktəbin digər problemlərini də əhatə edən reportajını təqdim edirik: https://youtu.be/RSYXWXI4Vko?t=64