Müdafiə naziri Gürcüstanda səfərdədir

Trend zakir hasanov 131014

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata əsasən, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Atəşkəs pozulub

5b1e0bd90f7ee cebhe

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun … Read more

Mingəçevirdə güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanılıb

E6e56be0 69e0 410e 98ea ee22520e0cb3

Mingəçevirdə baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla … Read more

Sabaha gözlənilən hava

15b55f6e 4c0d 44cf b33c 7798dc1b1c1e

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, … Read more

Tovuz polisi ekstrasensdən kömək istəyib

Zireddin rzayev

Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevdən kömək istəyib.  Xeber.de-nin məlumatına görə, Z.Rzayev bunu “İri Plan” Youtube kanalına müsahibəsində deyib. O, müsahibəsində qeyd edib ki, Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda olub. Tovuz polisi Z.Rzayevdən qatili tapmaları üçün kömək istəyib: “Məndən informasiya istəyirdilər, amma mənə heç … Read more

20 Yanvar: Bir dəqiqəlik sükut

32693252 b344 4cd5 9338 c2fed2b34d9d

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. “akı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi … Read more

Meyvə-tərəvəz ixracından gəlir artıb

Agricultural products 231019 (1)

2019-cu ildə Azərbaycan 605,816 milyon ABŞ dolları dəyərində 628,51 min ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 46,188 milyon dollar (8,25%) və 7,481 min ton (1,2%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,1%-ni təşkil edib. Belə ki, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 174548 min … Read more

GAK 20 Yanvar şəhidlərini anıb

1ca16a43720fee19a598ef7ad0c0571e

Bu gün, 19 yanvar tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Bolnisi rayonunun Faxralı (Talaverdi) kəndində “20 yanvar” faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir 20 Yanvar günü Faxralı kənd sakini şəhid Əhmədov İlqar Hümbət oğlunun qəbrini ziyarətlə başlayıb. Anım tədbirinin ruhani Əli Qəmbərov açaraq, şəhidin ruhuna dualar oxundu, məzarı üstünə qərənfillər düzülüb. Daha … Read more

Sabahın rayon havası

402889410

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 20-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə … Read more

20 Yanvar şəhidi Gürcüstanda anılıb

6ff360b9 7840 49bf b023 121745bc0278

Gürcüstanda 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb. Şəhidin doğulduğu Saqareco rayonunun Yormuğanlı kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin qohumları, tələbə yoldaşları, ziyalılar və səfirlik əməkdaşları iştirak ediblər. Daha sonra D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət … Read more

“Azərsun” bu məhsulların qiymətlərini qaldırdı – Siyahı

2020 01 16 16 46 37iNspYgyqdFDdAgPfC9c9 file

“Azərsun Holding” öz istehsal müəssisələrində emal və istehsal olunan məhsullarının 80 faizinin qiymətini artırıb. Şirkət xarici partnyorları ilə ölkədə satışı həyata keçirdiyi məhsulların qiymətini də bahalaşdırıb. Belə ki, “Azərsun Holding” bütün növ yağ, düyü, konserv məhsullarında 7-15 faizdən çox artım edib: 1 kq “Super Sun” (əvvəl 6.30 qəpik – hazırda 6.80 qəpik), 2 kq “Super … Read more

Bu ay pensiyalar artırılacaq

407912320

“Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. 2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə … Read more

Nərminin ölümündə təqsirləndirilən şəxsin atası: “Oğlumu şərləyiblər”

Nermineeee

Tovuzun Dondar Quşçu kəndində baş verən Nərmin Quliyeva cinayətinə görə həbs olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına məktub göndərib. O, baş verənlərlə bağlı ölkə başçısına açıq müraciət edir. Müraciətdə deyilir: “Mən, kəndimizin 49 il müəllim işləmiş ziyalı ağsaqqalı kimi xalqıma və cənab Prezidentimə müraciət edirəm. Bildirirəm ki, mənim oğlumu şərlədilər. Cənab Prezident, yanvar … Read more

21 yanvarın valyuta məzənnəsi

409684395

Yanvarın 21-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 21.01.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il yanvarın 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Sabahın havası

11114474 0955 434c b038 60b2aa569252

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron … Read more

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verib

42c28c61 947e 42d0 a9be 288a0089e97d

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Bildirilib ki, qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib. Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi … Read more

20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb

20 yanvar 170120 (3)

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. Nazirlikdən Tbildirilib ki, tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi … Read more

Modul tipli heyvan kəsimi məntəqələri yaradılacaq

Trend heyvan kesmek 090819

Azərbaycanın 39 rayon və şəhərində 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib. O bildirib ki, 2019-cu ildə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə, ölkə üzrə müasir heyvan kəsimi məntəqələrinin təşkil olunması istiqamətində 85 müraciət daxil olub, onlardan 35 heyvan kəsimi … Read more

Azərbaycan minimum əməkhaqqının artımına görə dünyada ikincidir

1db94e90 ad6d 4968 8f74 c58dbf1ebfb4

Azərbaycan minimum əməkhaqqının artım səviyyəsinə görə bu ilin əvvəlinə olan göstəriciyə görə dünya reytinqində ikinci yeri tutub. “Report” xəbər verir ki, “Picodi.com” tərəfindən minimum əməkhaqqının qanuniləşdirildiyi 54 ölkəyə dair apardığı araşdırmaya əsasən, Azərbaycanda 140 ABŞ dolları səviyyəsində olan minimum əməkhaqqının 2019-cu il ərzində artımı 37,7 faiz olub. Reytinqdə 64,8 faizlə birinci yerdə qərarlaşan Nigeriya rəsmi minimum əməkhaqqının cəmi 74 dollar olan məbləğinə görə dünyada sonuncular arasındadır. … Read more

Mediaya seçki müraciəti

Səadət Yusifova

“Parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur”. Bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib. S.Yusifovanın … Read more