Sabah payız ölkəyə qədəm qoyur
Sabahdan Azərbaycanda payız fəsli başlayır. “Qərb Xəbər”in məlumatına görə, sentyabrın 22-də saat 17:30:36-da payıza keçid olacaq. Fəslin başlaması ilə gecə-gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçəcək. Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq.