İşğaldan azad olunan Şəybəy kəndindən görüntülər – Video
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb. “Qərb Xəbər” həmin görüntüləri təqdim edir:
Nə axtarırsınız?
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb. “Qərb Xəbər” həmin görüntüləri təqdim edir:
“Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir”. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib. Əlavə olaraq bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Nəticədə rayonun … Read more
Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz … Read more
“Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Məlumatlara görə, “dəqiq” zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb” – nazirlikdən bildirilib.
Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” başlıqlı məqalə dərc edilib. “Report” xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə yer verilib. Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin … Read more
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür.
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndinin görüntülərini yayıb. “Qərb Xəbər” həmin görüntüləri təqdim edir:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb. “Qərb Xəbər”in məlumatına görə, açıqlamada deyilir: “Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanılıb. Yaralılar xəstəxanaya aparılıb. Hazırda döyüşlər davam edir.
Ağstafa Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub. “Qərb Xəbər”in məlumatına görə, Zeynalov Mədət Ələkbər oğlu təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Mədət Zeynalov daha öncə Ağstafa rayonunun Köçəsgər kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Ötən gün Ermənistan silahlı qüvvələrinin Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb. Bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib. X.Eyyubovun sözlərinə görə, hadisə baş verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”. … Read more
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Ermənilər yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb. Ağdam sakininə məxsus mağaza, onun … Read more
Cəbhədə döyüşlər davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır. Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib. Azərbaycan Ordusu … Read more
Azərbaycan Müdafiə Nazirliyi ermənilərdən ələ keçirilmiş qənimətlərinin yeni video görüntülərini yayıb. “Qərb Xəbər” həmin görüntüləri təqdim edir:
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. Nazirliyin yaydığı məlumata görə, müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2479 namizəd elektron ərizəsini təsdiq edib. Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda … Read more
“Qurtuluş savaşı aparan Ordumuz yeni əraziləri düşməndən təmizləyir və zəfərlər əldə edir”. “Qərb Xəbər”in məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bunları deyib. “Cəbrayıl şəhəri və digər rayonlar düşməndən təmizlənir. Qələbələr təəssüf ki, itkisiz əldə olunmur. Döyüş meydanında duruş gətirməyən düşmən mülki əhalini və obyektləri raket atəşinə tutur. Bu gün xalqımız … Read more
Azərbaycan Müdafiə Nazirliyi düşmən işğalından azad edilən Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini yayıb. “Qərb Xəbər” həmin görüntüləri təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun daha bir neçə kəndinin işğaldan azad edildiyi ilə bağlı paylaşım edib. “Qərb Xəbər”in məlumatına görə, dövlət başçısı bu sözləri yazıb: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ … Read more
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutur. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.