Yeni yoluxma sayı açıqlanıb

B2baed9a b6d8 3f16 be71 d3b1b945cf42

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 583 yeni yoluxma faktı qeydə alınıb, 1 644 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, … Read more

Kəlbəcər istiqamətində atəşkəs pozulub

Bd4e7e01 7221 3627 a8ba 29245ee19079

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Gəncədə təhsil işçilərinin 88 faizi birinci doza peyvənd olunub

6124af6e442a36124af6e442a416297941586124af6e442a16124af6e442a2

“Gəncədə təhsil işçilərinin 88 faizi birinci doza vaksin vurdurub”. APA-nın məlumatına görə, bunu Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, ikinci doza 80 faizdən artıqdır: “Gəncədə 4900-dən artıq təhsil işçisi var. Cəmi iki məktəbdə birinci doza üzrə vaksin olunma faizi 80 faizdən aşağıdır. İkinci … Read more

Dolu düşəcəyi gözlənilir

Dolu yagis foto

Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° … Read more

Gəncədə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb

Knife2

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat … Read more

Alimpaşa Məmədovun həbs müddəti uzadılıb

217a1693 c4d7 312d bc5d 62466143d4a2

Səbail rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Report-un xəbərinə görə, məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb. Bu ilin aprel ayında Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ … Read more

“Kəpəz”in sabiq prezidenti vəfat edib

28e1e81e 4640 3286 823f 983698db7f59

“Kəpəz” klubunun sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib. Bu barədə Report-a Gəncə təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib. Rza Məmmədov 1990-cı illərdə əyalət təmsilçisinə rəhbərlik edib. “Kəpəz” onun dönəmində 1997/1998 və 1998/1999 mövsümündə ölkə çempionatın qalibi olub. Gəncə klubu 1997/1998 mövsümündə ölkə kubokunu da qazanıb.

DİN Tovuzda hərbçilərin polisə çağırılması barədə məlumat yayıb

Images

“Bəzi sosial şəbəkə səhifələrində əsassız olaraq rayon sakini olan bir qadının Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə əlbir olaraq vətəndaşları və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi daha sonra polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb”. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat … Read more

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Fbfd91c7 b14f 320f 91ff 34425232279c

“İxtisas seçimi avqustun 30-da başa çatacaq, 3-4 gün ərzində bazadakı yoxlamalar bitəndən sonra nəticələri elan olunacaq”. “Qərb Xəbər”in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlayıb. Sərdin sözlərinə görə, bundan sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 4-5-6-sı olacaq”.

Sabah rayonlarda 40 dərəcə isti gözlənilir

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

11 əməliyyat keçirmiş ağstafalı qazi kömək istəyir – Video

IMG 20210822 WA0008

Vətən müharibəsi qazisi İsmayılov Rəşad Rəşid oğlu 05 avqust 1997-ci ildə Agstafa rayonunda anadan olub. “Qərb Xəbər”in məlumatına görə, Rəşad oktyabrın 26- da Füzuli-Hadrut yolunda yaralanıb. Aprel ayına qədər 11 əməliyyat keçirib. Qazinin ailəsi dəfələrlə kiçik bir kömək üçün müraciət etsə də, bir nəticəsi olmayıb. O, “Vətən uğrunda”, “Füzulinin azadlığı uğrunda” medalları ilə təltif olunub.

Gəncə Şəhəri İcra Hakimiyyəti 8,5 mln manatlıq tenderə yekun vurub

Ecef0a7e b105 356b 81c4 3f47bbd74407

Gəncə Şəhəri İcra Hakimiyyəti şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində 249 mənzilli yeni yaşayış binalarının tikintisinin davam etdirilməsi ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub. “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Alians” MMC-dir. Qalib şirkətə 8 milyon 506,6 min manat … Read more

Ağstafada şəhidin adı əbədiləşdirilib

IMG 20210818 WA0002

Sərhəd Xidmətinin 102-ci ildönümü ərəfəsində Ağstafada yerləşən küçələrdən birinə şəhid Azər Yusiflinin adı verilib. “Qərb Xəbər”in məlumatına görə, Ağstafa şəhər keçmiş Ağamalıoğlu küçəsi artıq şəhid-sərhədçi baş gizir Azər Yusiflinin adını daşıyır. 1994-cü il 28 martda anadan olan Azər Yusifli 21 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunda şəhid olub. O, doğulduğu Ağstafa rayonu Böyük Kəsik kəndində … Read more

Qazaxda bıçaqlanma hadisəsi baş verib

Knife

Dünən Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə, hadisə Qazax şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında qeydə alınıb. Avtomobildən düşən 1994-cü il təvəllüdlü Ruslan Alırzayev bir neçə nəfərin hücumuna məruz qalıb. Bu zaman gəncə bir neçə bıçaq xəsarəti alıb. R.Alırzayev xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Kəlbəcər istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutulub

E0eaf323 96ab 3ac7 9aca d5f38a688af6

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat … Read more

Yunis Səfərova ömürlük həbs cəzası verilib

1629123140

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov məhkəmədə son söz deyib. Report-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərov son söz deyərkən, əməlindən peşman olmadığını bildirib: “Hansı cəzanı istəyirsiz, verin”. Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən … Read more

Kəlbəcərdə 2 hərbi qulluqçu həlak olub

61080bd3f16cd61080bd3f16ce1627917267edf5a0233d9f8912d8762070be7b3685

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.  Faktla bağlı araşdırma aparılır.

Baş Prokurorluq Qazaxda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Knife2

Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki,  rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov … Read more

Tovuz istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

E9ce97d74dd066d5493bc58d67099e63

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. “Qərb Xəbər”in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti … Read more

Son sutkada 1769 nəfər yoluxub

B49a38d0 33fb 39ee 8548 1ef26862072b

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 … Read more