Bölgə xəbərləri

Atəşkəs pozulub

21 aprel / 12:14 1 dəq
Debf778d 37ee 4c76 85a6 729532992bc5
21 aprel / 12:14
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər