Maraqlı

Arıqlamaq iradə ilə deyil, Sistemlə olur-Elnur Nemətovun tövsiyyələri

11 oktyabr / 20:18 4 dəq
Elnur nemətov 4
11 oktyabr / 20:18
Burada sizin reklamınız ola bilər
İllərlə bizə belə deyiblər: “Sadəcə iradəli olun, dayanın, dözün, yeməyin!”
Axı niyə yeməyək?)) Bəs nə vaxt yeyəcəyik?))
Qida düşmən deyil, sadəcə doğru zamanda, doğru miqdarda qəbul olunmalıdır.
Məcburiyyət yoxdur, yeyə bildiyimizi yeyəcəyik. Amma yeyəcəyik!
Yadda saxlayaq ki, insan bədəninin təbiəti dözümlə deyil, balansla işləməlidir.
İradə – qısa məsafəli enerjidir. O, bizi bir neçə gün, bəzən bir həftə aparar.
Amma sistem yoxdursa, həyatın axını başlayanda hər şey dağılır.
İradə niyə kömək etmir?
Çünki iradə “mübarizə rejimində” işləyir.
Biz bir tərəfdə dayanırıq, digər tərəfdə isə – istəklərimiz, emosiyalarımız, vərdişlərimiz.
Bu, iç müharibədir. Nə qədər çəkəcək bu savaş?
Və bu müharibədə sonda uduzan da, qazanan da – elə biz oluruq.
İradə ilə arıqlamaq sanki nəfəsimizi tutub okeanı keçməyə bənzəyir.
Bir neçə metr gedə bilərik, amma sonda hava çatmır.
Sistem quranda isə biz nəfəsimizi idarə etməyi öyrənirik.

Bəs Sistem nədir?

Sistem – “həyat tərzimizin sadə, amma təkrarlanan qaydalar toplusudur”.

O, bizi düşünmədən doğru istiqamətə aparır.

Çünki beynimiz təkrarlanan davranışları avtomatikləşdirir.

Məsələn: əgər hər səhər eyni saatda su içiriksə və ya eyni vaxtda yuxudan oyanırıqsa,

bir müddət sonra bədən onu özü xatırladır. Bioloji saat işə düşür.

Əgər axşam saat 21:00-dan sonra yemiriksə, bir neçə həftəyə orqanizm bu rejimə uyğunlaşır.
Əgər günün bir hissəsində hərəkət etməyi vərdiş etmişiksə, artıq “istəmədim, həvəsim yoxdur” bəhanəsi aradan qalxır.
Hə, iradə bu davranışları başlatmaq üçündür, amma sistem isə onları davam etdirmək üçündür.
Sadə dildə desək, “Sistem” arıqlama prosesinin “avtopilotu”dur.
Relsə düşdüksə, özü gedəcək.
Təsəvvür edək ki, hər gün motivasiya tapmağa çalışırıq:
“Bu gün də dözəcəyik… sabah daha az yeyəcəyik…” və s.
Bu yanaşma bir müddət sonra bizi tükəndirir.
Amma sistem olanda, artıq bunları düşünməyə ehtiyac qalmır.
Bizim üçün qərarları artıq vərdişlərimiz verir.
Bəs Sistem necə qurulur?Bunun üçün arıqlamaq istəyən şəxsin həyat tərzini və vərdişlərini bilmək olduqca vacibdir.Çünki başlanğıcda məlumat toplusu olmadan yaradılan motivasiya və qurulan sistembir neçə günə sönə və çökə bilər.
Motivasiya — dəyişkəndir, havaya bənzəyir.Bəzən çox olur, bəzən az, və çox dəqiq yanaşma tələb edir.Sistem isə — sabitdir, dayanıqlıdır, torpaq kimi.
Əgər sistemi düz qurmasaq, motivasiyanı hər dəfə sıfırdan yığmalı olacağıq.
Amma sistemimiz varsa, o, bizi özü daşıyacaq.
Biz sadəcə ardıcıllığa sadiq qalmalıyıq. Vəssəlam!
Tövsiyə:
Heç nəyi mükəmməl etməyə çalışmayaq – sistem mükəmməllik deyil, sabitlik istəyir.
Arıqlamaq güc tələb etmir, ağıllı sistem qurmaq tələb edir.
Bu, iradə ilə savaş deyil.
Bu, öz bədənimizlə barış və anlaşma yoludur.
Və bu yolu gedən hər kəs – artıq qalibdir.
Nə sabahı gözləyək, nə də mükəmməl anı axtaraq.
Sadəcə sistemimizi quraq və ona sadiq qalaq.
Mən də iradəmlə başladım, amma sistemlə qala bildim.
Hörmətlə: Sağlam həyat üzrə motivator,peşəkar idmançı E. Nemətov
Paylaş
Burada sizin reklamınız ola bilər