Maraqlı

Arıqlama prosesində Demotivasiyaya necə qalib gələk?-Elnur Nemətov

15 may / 09:24 3 dəq
Elnur123
15 may / 09:24
Burada sizin reklamınız ola bilər
Arıqlama, artıq çəkilərdən qurtulma prosesində insanın motivasiyası əsas məsələlərdən biridir. Bəzən ətrafımızda, iş yerimizdə baş verən neqativ proseslər motivə olunmağımıza  mənfi təsir göstərir.Bununla yanaşı ətrafımızda elə insanlar var ki, artıq çəkilərlə mübarizə aparan adamların demotivasiya olması üçün əlindən gələni əsirgəmir.
 Görəsən,niyə başqasının uğuru bəzilərini bu qədər qıcıqlandırır?
Niyə biri nəyisə düzəltməyə, dəyişməyə başlayanda dərhal onu ruhdan salmağa çalışırıq?!
Baxın, bu necə baş verir:
Kimsə həyatını dəyişməyə başlayır — anlayır ki, artıq çəki sadəcə vizual problem deyil, ağır bir yükdür.
Dieta saxlayır, idmana başlayır, qidalanmasına fikir verir, sağlamlığı üçün savaşır…
Və bu anda dərhal “ağıllılar” ortaya çıxır:
“Əşi, nəyinə lazımdır axı?”
“Burnun uzanıb, qulağın böyüyüb.”
“Xəstəyə oxşayırsan.”
“Əvvəlki halın daha yaxşıydı.”
və s.
Demotivasiya başladı…
Amma belə anda çəkinmə, qorxma. Əksinə, cavabını ver:
“Məni bu qədər düşünürdünsə, haradaydın mən artıq çəkidə boğulanda?”
Niyə o vaxt demirdin:
“Ciyərin zədələnə bilər.”
“Damarların kirəclənir.”
“İflic ola bilərsən.”
“Şəkərli diabet olarsan.”
“Özünə yazığın gəlsin, sağlamlığına fikir ver.”
Harda idin?! Mən deyim, harada idin?
O vaxt sənin balansın pozulmurdu.
Amma indi pozulur. Nəzarət əlindən çıxır.
Çünki kimsə dəyişir, sən isə yerində sayırsan.
Və sən bunu qəbul edə bilmirsən.
Baxırsan və içində bir narahatlıq baş qaldırır.
Başlayırsan içindən özünü yeməyə.
Və bunun qarşısını almağın yeganə yolunu — məni demotivasiya etməkdə görürsən.
Hər üsulla — zarafatla, tənqidlə, eyhamla — məni dayandırmağa çalışırsan.
Amma alınmayacaq!
Bu həyat mənimdir!
Səhv də olsa, düz də olsa — qərar mənimdir!
Əgər bir insan sağlamlığı üçün nəsə bir addım atırsa və bu kimisə narahat edirsə — deməli, narahat olanın çox ciddi və psixoloji problemləri var…
Çünki sən yaxşıya doğru dəyişirsən, o isə bacarmır.
Qarnının, tənbəlliyin, vərdişlərinin əsiridir.
Sənin dəyişməyin onun içindəki zəifliyi üzə çıxarır,
və o bunu özünə qəbul etdirə bilmir.
Bu artıq xəstəlikdir.
Yadda saxla:
Sənin nə hiss etdiyini, nə yaşadığını, nə istədiyini — yalnız sən bilirsən.
Əgər sağlamlığın üçün atdığın bir addıma görə kimisə itirirsənsə,
deməli, onların sənin yanında qalmağı — əvvəldən səhv və məkrli olub.
Bil ki, sən təkcə artıq çəki atmırsan — həm də həyatından artıq və xəstə insanları atırsan.
Unutmayın!
Güclü, sağlam və gözəl görünüşə sahib olmaq — hər birinizin haqqıdır!
Paylaş
Burada sizin reklamınız ola bilər