Maraqlı

Arayik Arutunyan: “Verdiyim bəyanata görə üzrxahlıq edirəm”

17 yanvar / 21:50 1 dəq
Arayik
17 yanvar / 21:50
Burada sizin reklamınız ola bilər

Gəncənin raketlərlə vurulması ilə bağlı əmri mən verməmişəm”.

Qerbxeber.com  bildirir ki, bu sözləri Arayik Harutyunyan məhkəmə prosesi zamanı deyib.

Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Paylaş
Burada sizin reklamınız ola bilər