Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Qerbxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.