Ədliyyə Nazirliyi “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvlərinin reyestrini təsdiqləyib.
Bu barədə AMİP liderinin köməkçisi Əli Orucov məlumat verib.
Qeyd edək ki, partiyanın lideri Etibar Məmmədovdur.
Xatırladaq ki, bundan öncə Yeni Azərbaycan Partiyası, AĞ Partiya və Vətəndaş Həmrəyliyi Partiyası təkrar dövlət qeydiyyatına alınıb.