Bölgə xəbərləri

Almaniya Kansleri: “Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllini tapması bizim üçün vacibdir”

14 mart / 22:48 1 dəq
9fc5e6b9 8d2a 314b 9129 260019c0c42b
14 mart / 22:48
Burada sizin reklamınız ola bilər

Bizim üçün (Almaniya üçün-red.) vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır.

Bu fikirləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Almaniya kansleri deyib: “Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər