Bölgə xəbərləri

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri azad edilib

13 dekabr / 16:08 2 dəq
65799ce92adfb65799ce92adfc170246884065799ce92adf865799ce92adfa
13 dekabr / 16:08
Burada sizin reklamınız ola bilər

Ermənistanın əsir saxladığı iki hərbçimiz Azərbaycana təhvil verilib.

“Qərb Xəbər”APA-a istinadən xəbər verir ki, Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən azad olunaraq Azərbaycana qaytarılıb.

Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Əsirlikdən azad edilən Hüseyn Axundov səhhətinin yaxşı olduğunu bildirib: “Sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”.

O qeyd edib ki, çox xoşbəxtdir.

Əsirlikdən azad edilən Aqşin Bəbirov isə vurğulayıb: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər