Sosial

Ailə başçısının itirilməsi pensiyasının təyinatı üçün arayışın təqdim edilməsi tələbi aradan qaldırılır

22 noyabr / 13:48 1 dəq
655dc4724e0ea655dc4724e0eb1700643954c79b09261c899f5507ac7bdf8e993f2b
22 noyabr / 13:48
Burada sizin reklamınız ola bilər

Ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır.

“Qərb Xəbər” məlumat verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır.

Həmçinin qərara əsasən, kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti” ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər