Aİ ölkələri Ukraynaya 20 milyard avro dəyərində hərbi yardım göndərib
Avropa İttifaqı hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya ümumilikdə 20 milyard avro dəyərində hərbi yardım göndərib.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Peter Stano bildirib.
Onun sözlərinə görə, bu məbləğə həm ayrı-ayrı dövlətlərin tədarükü, həm də Ukrayna Silahlı Qüvvələrinin ümumavropa fondlarından maliyyələşməsi daxildir.




