Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Aİ Mərkəzi Asiyada nəqliyyat dəhlizinin inkişafına 1,5 mlrd. avro sərmayə yatıracaq

29 yanvar / 15:07 2 dəq
65b771e840c1365b771e840c14170652106465b771e840c1165b771e840c12
29 yanvar / 15:07
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Rusiyadan yan keçən nəqliyyat dəhlizi yaratmaq üçün Mərkəzi Asiyada strateji nəqliyyat infrastrukturuna 1,5 mlrd. avro sərmayə yatırmaq niyyətindədir.

“Qərb Xəbər”TASS“a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədr müavini, ticarət üzrə komissarı Valdis Dombrovskis Brüsseldə ikigünlük nəqliyyat sahəsində Aİ-Mərkəzi Asiya investisiya forumunu açarkən bildirib.

“Uzunluğu 11 min kilometr olan nəqliyyat dəhlizini rəqabətə davamlı etməliyik. Konkret nəticələr əldə etmək niyyətindəyik. Buna görə də Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Mərkəzi Asiyanın nəqliyyat imkanlarına 1,5 mlrd. avro sərmayə yatırmaq niyyətindədirlər”, – Valdis Dombrovskis vurğulayıb.

O əlavə edib ki, bu sahədə müvafiq anlaşma memorandumları daha sonra imzalanacaq.

Qeyd edək ki, tədbirin məqsədi Transxəzər Nəqliyyat Dəhlizinin 15 gün və ya daha az müddətdə Avropa və Mərkəzi Asiyanı birləşdirən multimodal, müasir, rəqabətə davamlı, proqnozlaşdırıla bilən, ağıllı və sürətli marşruta çevrilməsi kimi uzunmüddətli məqsədə nail olmaqdır.

Forumda həmçinin Xəzər dənizi üzərindən nəqliyyat əlaqələri üzrə ayrıca sessiya keçiriləcək və sessiyada Xəzər dənizi keçidinin müxtəlif aspektləri, o cümlədən Aktau, Kurık, Türkmənbaşı və Bakının əsas limanlarının tutumu və əməliyyatlar müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı