Ağstafa

Ağstafada QHT və idarəetmə barədə təlim

24 oktyabr / 18:46 2 dəq
1
24 oktyabr / 18:46
Burada sizin reklamınız ola bilər

Ağstafa şəhər Heydər Əliyev Mərkəzində “Qərb regionunda fəaliyyət göstərən QHt-lərin idarəetmə bacarıqlarının artırılması və onlara təşkilati-texniki xidmətlərin göstərilməsi” mövzusunda təlim keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyr-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan birlik sədri Fuad Bədəlov QHT-lər, onların önəmidən danışıb. Ağstafa əhalisinin böyük hissəsini ziyalıların təşkil etməsinə baxmayaraq rayonda ictimai birlik məsələsinə toxunub.

Daha sonra tədbirin təlimçisi, Qazax Regional İnkişaf Resurları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu bölgələrdəki vətəndaş təşəbbüsləri və onların müsbət cəhətlərindən söhbət açıb.

Qeyd edək ki, “Qərb regionunda fəaliyyət göstərən QHt-lərin idarəetmə bacarıqlarının artırılması və onlara təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi 20 aprel və 20 noyabr tarixlərini əhatə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər