Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qerbxeber.com APA-ya istinadənxəbər verir ki, hadisə rayonun Böyük-Kəsik kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 1985-ci il təvəllüldü R.Mehdiyevi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı aradırma aparılır.