Ağstafada 3 otaqlı evdə yanğın olub
Ağstafa şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 4 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.
“Qərb Xəbər” FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




