Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ağrı dağına iddiadan əl çəkirlər – Paşinyan hərəkətə keçdi

20 oktyabr / 16:04 2 dəq
Nikol paşinyan
20 oktyabr / 16:04
Burada sizin reklamınız ola bilər

Ermənistan hökuməti ölkənin gerbinin dəyişdirilməsi ideyasından əl çəkməyib.

Bunu  Ermənistanın təhsil naziri Janna Andreasyan deyib.

Onun sözlərinə görə, ideya gündəmdə qalsa da, hələlik bununla məşğul olacaq müvafiq komissiya formalaşdırılmayıb.

“Hazırda heç bir formatda işçi qrupu yoxdur. Əlbəttə, məsələ formalaşıb və biz bu haqda düşünməliyik, amma hələlik konkret iş prosesi yoxdur”, – deyə CGMS naziri əvvəllər bildirib.

Andreasyan bundan əvvəl qeyd etmişdi ki, artıq müxtəlif ekspertlər gerbin bəzi problemlərindən danışıblar.

Ermənistanın gerbindəki separatçı və işğalçı elementlərdən danışan ilk şəxs Baş nazir Nikol Paşinyan olub.

Ermənistan rəhbəri gerbdə Türkiyəyə qarşı yer alan əsassız ərazi iddialarına diqqət çəkib: “Bu gerbin bugünkü Ermənistana nə dəxli var?

Həmişə gerbə baxanda məndə bir sual yaranır: bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var. Bu nə ilə bağlıdır? Ağrı dağında Nuhun gəmisi var, Ermənistan ərazisi də sel altındadır”.

Baş nazir Türkiyənin suveren ərazisində yerləşən Ağrı dağının Ermənistanın gerbində yer almasını qəbuledilməz hesab etdiyini bildirib.

Paşinyan Ağrını “Ermənistanın ən yüksək dağ zirvəsi” hesab edənlərə də etiraz edib:

“Ermənistanda ən yüksək dağ hansıdır? Ararat. Ermənistanın ən hündür dağı Araratdır və bu, faktdır. Şagirdlərlə görüşəndə soruşuram: uşaqlar, Ermənistanda ən hündür dağ hansıdır? Onların yarıdan çoxu “Ararat” (Ağrı) deyir. İndi buna o tərəfdən baxaq, bu, Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Hesab edirəm ki, bu faktdır”.

Teleqraf.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı