Hadisə

Ağdaşda bir nəfər xaşdan zəhərlənib

18 fevral / 11:03 1 dəq
16972440 61c6 4e42 8c53 8c547a74ae23
18 fevral / 11:03
Burada sizin reklamınız ola bilər

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib. Hadisə fevralın 16-da, saat 23 radələrində rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü A.Səmədova yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib. Daha sonra gənc qız qıcolma olub və həmin vaxt təcili yardım çağırılıb. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada A.Səmədovaya ilkin olaraq meningit diaqnozu qoyulub. O, müayinə və müalicə edilib. Lakin qızın vəziyyəti yaxşılaşmayıb və fevralın 17-də valideynləri A.Səmədovanın dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra onun mədəsi yuyulub.

Həmin gün A.Səmədovanın vəziyyətinin ağırlığı ilə bağlı o, Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər