Dünya

ABŞ və Çin Cenevrədə razılığa gəliblər

12 may / 08:58 1 dəq
Indir 2025 05 12t085747.989
12 may / 08:58
Burada sizin reklamınız ola bilər

ABŞ və Çin arasında Cenevrədə aparılan danışıqların nəticəsi olaraq, tərəflər ticarət balansındakı kəsirin azaldılması barədə razılıq əldə ediblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

ABŞ nümayəndə heyətinə daxil olan maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib ki, razılaşmanın detalları mayın 12-də ictimaiyyətə açıqlanacaq.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp səmərəli keçən danışıqların nəticələri barədə tam məlumatlandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər