Dünya

ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb

19 avqust / 12:01 1 dəq
66c2f4c1968c966c2f4c1968ca172405267366c2f4c1968c766c2f4c1968c8
19 avqust / 12:01
Burada sizin reklamınız ola bilər

ABŞ və Cənubi Koreya 19 min hərbçinin iştirakı ilə 10 günlük birgə hərbi təlimlərə başlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, avqustun 29-dək davam edəcək və Şimali Koreyanın nüvə təhlükəsinə qarşı müdafiə elementlərinin effektivliyini yoxlamaq məqsədi daşıyacaq manevrlərdə təhlükəyə qarşı effektiv reaksiya verilməsi istiqamətində tapşırıqlar yerinə yetiriləcək.

Bu arada, Cənubi Koreya prezidenti Şimali Koreyanı dünyanın ən qeyri-rasional ölkəsi adlandırıb. O həmçinin bildirib ki, dəyişən geosiyasi vəziyyət fonunda III Dünya müharibəsinin başlanması məsələsi aktualdır.

Paylaş
Burada sizin reklamınız ola bilər