“Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq”.
“Qərb Xəbər”24News.ge istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
O bildirib ki, bu narahatlıq Gürcüstan hava limanı şirkətlərinin sanksiya riski altında ola biləcəyi anlamına gələ bilər:
“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu o deməkdir ki, Gürcüstan hava limanı şirkətləri sanksiyalarla üzləşə bilər. Biz, bütün Qərb cəmiyyəti özümüzü bu rejimdən uzaqlaşdırmışıq və indi Rusiya ilə münasibətləri artırmaq vaxtı deyil”, – deyə Departamentin sözçüsü bildirib.