Dünya

ABŞ-ın yeni dövlət katibindən gözlənilməz Ukrayna açıqlaması

22 yanvar / 10:26 1 dəq
EMCode 32c5d2049b9d2ad522017d30fc4dcd63
22 yanvar / 10:26
Burada sizin reklamınız ola bilər

ABŞ-nin yeni dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinə son qoymağın zəruriliyindən danışıb. Eyni zamanda o, ABŞ-nin Ukraynanı dəstəklədiyini qeyd edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə siyasətçi ABC telekanalının efirində bildirib.

Donald Trampın seçkiqabağı kampaniyasının birinci günü Rusiya və Ukrayna arasında münaqişəyə son qoyacağına dair verdiyi vədlə bağlı Rubio deyib ki, məsələ daha mürəkkəbdir və danışıqlar açıq şəkildə aparılmayacaq.

Dövlət katibi münaqişəni faciəli adlandırıb və onun təkcə Ukrayna və Rusiyaya deyil, həm də Avropadakı sabitliyə böyük ziyan vurduğunu qeyd edib.

ABŞ-ın baş diplomatının sözlərinə görə, bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır.

“ABŞ-nin burada rolu var. Biz Ukraynanı dəstəkləmişik, lakin bu münaqişəyə son qoyulmalıdır”, – dövlət katibi bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər