ABŞ-ın qərarı Belarus liderini sevindirib
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinə qarşı sanksiyaların ləğvi prosesinə başladığına görə ABŞ-yə təşəkkür edib.
Qerbxeber.comxəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Bizə qarşı sanksiyaları ləğv etməyə başladıqlarına görə onlara təşəkkür edirəm, bunlar işimizi asanlaşdıracaq. Bu da çox vacibdir”, – Belarus lideri bildirib.




