ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və “qrin kart”larını ləğv edəcək.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında bildirib.
“Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud “qrin kart”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.