Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözcüsünün müavini Vedant Patel bildirib.
O keçirilən brifinqdə jurnalistin Gürcüstanla bağlı sualına belə cavab verib:
“4-5 həftə uzun bir müddətdir, bu dövrdə çox şey baş verə bilər. Bu administrasiyanın hələ də müəyyən hərəkət sahəsi var və bunun əsas məqsədi odur ki, biz gürcü xalqını və onun Avro-atlantik arzularını dəstəkləyirik. Dövlət katibi Entoni Blinkenin daha əvvəl dediyi kimi, biz əlavə tədbirlər hazırlayırıq, o cümlədən sanksiyalar, Gürcüstanda demokratiyanı pozduğuna inandığımız şəxsləri cavabdeh etmək üçün”.