Bölgə xəbərləri

Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlanıb

4 aprel / 10:01 1 dəq
2f71e25e 19ab 4d6b 8821 ec6044406148
4 aprel / 10:01
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası məlum olub.

“Koronainfo.az” xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12). 

Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.

Azərbaycanın paytaxtı Bakıda isə 149 nəfər qeydə koronavirusa yoluxma halı qeydə alınıb.

Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər