İran nümayəndə heyəti danışıqları tərk edib
İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi təhdidlərdən sonra İsveçrədə amerikalı rəsmilərlə keçirilən danışıqların məkanını tərk edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az “Tasnim” agentliyinin məlumatına istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, İran nümayəndə heyəti Donald Trampın bəyanatlarına etiraz əlaməti olaraq danışıqları yarımçıq qoyub.
“İranın danışıqlar qrupu Trampın təhdidlərinə etiraz olaraq görüş yerini tərk edib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Hörmüz boğazının açıq saxlanılmayacağı təqdirdə İranın məhv ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
***
19:30
ABŞ və İran arasında imzalanması nəzərdə tutulan memorandumla bağlı İsveçrədə keçirilən dördtərəfli danışıqlar 80 dəqiqəlik məsləhətləşmələrdən sonra müvəqqəti olaraq dayandırılıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, fasilə nümayəndə heyətləri daxilində əlavə məsləhətləşmələrin aparılması zərurəti ilə əlaqədardır.
Danışıqlarda ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Pakistanın Baş naziri Şahbaz Şərif və Qətərin Baş naziri, eyni zamanda xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani iştirak edirlər.



