ABŞ səfirliyi Kiyevi tərk etməyib
Ukrayna rəsmiləri Rusiyanın Kiyevə sistemli zərbələr endirmək təhdidlərindən sonra ABŞ səfirliyi əməkdaşlarının ölkəni tərk etməsi barədə məlumatları təkzib edib.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi mayın 28-i səhər saatlarında bəyan edib.
XİN-in sözçüsü Georqi Tixiy vurğulayıb ki, Rusiya təhdidlərindən sonra heç bir səfirlik Kiyevi tərk etməyib.





