Özgür Özəl CHP sədrliyindən kənarlaşdırıldı, Kamal Kılıcdaroğlu sədrliyə geri qaytarılıb
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.
Qerbxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.Bu dəqiqələrdə CHP Mərkəzi qərargahının önündə partiya üzvləri toplanır. Özgür Özəlin Mərkəzi Qərargahın önündə çıxışı gözlənilir.





