Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Kaluqin:Ermənistan Zelenskinin anti-Rusiya bəyanatlarını cavabsız qoyub

12 may / 14:21 2 dəq
Zelenski (1)
12 may / 14:21
Burada sizin reklamınız ola bilər

İrəvan Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində Rusiya əleyhinə sərt bəyanatlarını görməzdən gəlib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.

“Şübhəsiz ki, Moskvada Brüsselin ilhamlandırdığı Zelenskinin İrəvana səfərini, onun anti-Rusiya xarakterli iyrənc hücumlarını nəzərə alıblar. Ermənistan isə bütün bunları israrla görməzdən gəlib”, – diplomat qeyd edib.

Kaluqinin sözlərinə görə, Ermənistanda Avropa Siyasi Birliyi və Ermənistan-Avropa İttifaqı sammitlərinin keçirilməsi parlament seçkiləri ərəfəsində erməni əhalisi üçün cəlbedici Avropa “ilğım”ı yaratmaq məntiqinə uyğundur:

“Bu baxımdan bir məqam diqqət çəkir. Ermənistan-Aİ sammitinin yekun bəyanatında Ermənistan üçün mümkün investisiya kimi 2,5 milyard avro qeyd olunur. Bu, Aİ-nin bir neçə il əvvəl də vəd etdiyi, amma indiyədək tapa bilmədiyi eyni məbləğdir. Avropalılar mövcud olmayan bir şeyi satmağa çalışırlar, bu, ilk dəfə deyil. Gözqamaşdırıcı “parıltı”nın arxasında isə bəyanatda respublikanın enerji təminatının əsas sütunlarından biri olan “Metsamor” AES-in istismardan çıxarılması istiqamətində birgə işin vacibliyinin qeyd olunması da diqqətdən yayınır.

Brüsseldə heç kim Ermənistanın maraqları barədə düşünmür. Ermənistan yaxın vaxtlara qədər Ukrayna böhranı məsələsində bərabər məsafəli mövqe tutmağa çalışırdı. Avropalılar isə İrəvanı da buna cəlb edə bildilər. Əslində ölkəni öz siyasi layihələri üçün əlverişli platformaya çeviriblər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı