Zelenski Vensin mövqeyini tənqid etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ vitse-prezidenti Cey Di Vensin Ukraynaya yardımın davamına qarşı çıxan mövqeyini tənqid edib.
Qerbxeber.com xəbər verir ki, Zelenski bildirib ki, o, vitse-prezidentin yanaşması ilə razı deyil. Onun sözlərinə görə, Ukraynaya dəstək verməmək faktiki olaraq Rusiyaya yardım göstərmək deməkdir.
Qeyd edək ki, daha əvvəl Vens ABŞ-nin Ukraynaya silah tədarükünü və maliyyə dəstəyini dayandırdığını açıqlamışdı.





