Son Xəbərlər
Türkiyə vətəndaşların silah sahibi olması qaydalarını sərtləşdirəcək Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir İranın danışıqlardan imtinası müharibə istəyi deyil, diplomatiyada üstünlük əldə etmək cəhdidir-Asif Nərimanlı yazır.. Paşinyan xalqa səsləndi: “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun” Samuxda Kür “dəliləndi” Tramp: İranla sülh olmayacaq.. Azərbaycanla Ermənistan arasında sülh sazişi Türkiyədə imzalana bilər-Elxan Şahinoğlu Nikol Paşinyan :Türkiyə və Azərbaycanla danışacağımız bir şey varsa, niyə danışmamalıyıq İran müharibə istəmir-Məsud Pezeşkian ABŞ İranda kimlə danışır? Xamneyi ilə əlaqə yox, SEHAP isə başqa kimsəni ciddiyə almır Türkiyə vətəndaşların silah sahibi olması qaydalarını sərtləşdirəcək Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir İranın danışıqlardan imtinası müharibə istəyi deyil, diplomatiyada üstünlük əldə etmək cəhdidir-Asif Nərimanlı yazır.. Paşinyan xalqa səsləndi: “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun” Samuxda Kür “dəliləndi” Tramp: İranla sülh olmayacaq.. Azərbaycanla Ermənistan arasında sülh sazişi Türkiyədə imzalana bilər-Elxan Şahinoğlu Nikol Paşinyan :Türkiyə və Azərbaycanla danışacağımız bir şey varsa, niyə danışmamalıyıq İran müharibə istəmir-Məsud Pezeşkian ABŞ İranda kimlə danışır? Xamneyi ilə əlaqə yox, SEHAP isə başqa kimsəni ciddiyə almır
Qafqaz

Paşinyan xalqa səsləndi: “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”

Dünən / 22:59 2 dəq
Paşinyan tek
Dünən / 22:59
Burada sizin reklamınız ola bilər

Ermənistan Baş naziri Nikol Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib.

“Seçki proqramımız mənim müraciətimlə başlayır, bu müraciət isə 2021-ci ildə parlamentdə qəbul edilmiş hökumətin 2021-2026-cı illərə dair fəaliyyət proqramından sitatla başlayır. Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm.

Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, “Vətəndaş Müqaviləsi” Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.

İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”, – o bildirib.

Nikol Paşinyan vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramının ideoloji əsası “Real Ermənistan” ideologiyası və Ermənistanın iqtisadi və institusional transformasiya doktrinasıdır. Ermənistan Baş naziri həmçinin 2026-2031-ci illər üçün əsas görüləcək işləri təqdim edib.

Paylaş
Burada sizin reklamınız ola bilər