Uqandalı generalın arzusu gözündə qaldı-Paylaşımını sildi
İsraili dəstəkləyən Uqanda ordusunun komandanı general Muhuzi Kayneruqaba sosial media hesablarında Türkiyə ilə bağlı bir neçə gün öncəki paylaşımını silib.
Qerbxeber.com xəbər verir ki, general yeni paylaşımında Türkiyəni çox sevdiyini bildirib.
“Türkiyədəki 86 milyon qardaş və bacımı sevirəm. Təhqirlərin mənim üçün əhəmiyyəti yoxdur. Türk xalqına Uqandadan sevgimizi göndəririk”, – general qeyd edib.
Qeyd edək ki, general Muhuzi Kayneruqaba bir neçə gün öncə Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını tələb etmişdi.
General Muhuzi Kayneruqaba həm də Uqanda Prezidenti Yoveri Kaquta Museveninin oğludur.





