Son Xəbərlər
PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək. PAPA Leo: Tramp administrasiyasından qorxmuram Tramp: Mən Ağ evdə olmasaydım, Leo Vatikanda olmazdı Paşinyan: Yaxın vaxtlarda “Tramp Marşrutu”ilə əlaqədar böyük hadisələr olacaq NATO ABŞ-nin Hörmüz boğazında İranın blokada planına qoşulmur Ermənistan Baş Prokurorluğu Qareginin haqqında verilən qərardan razı qalmayıb Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq Qazaxda Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib Aİ Şurasının prezidenti Fars körfəzi ölkələrinə səfər edib ABŞ Hörmüz boğazında İrana qarşı blokadaya start verib Macarıstanın növbəti Baş naziri Putinə müharibəni sona çatdırmağı məsləhət görəcək.
Dünya

Tramp: Hörmüzdə blokadanı yarmağa çalışan gəmilər dərhal vurulacaq

Bu gün / 20:28 2 dəq
Tramp yeni
Bu gün / 20:28
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib.

Qerbxeber.com xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.

İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib.

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, – ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib

Paylaş
Burada sizin reklamınız ola bilər