Son Xəbərlər
Yaxın Şərq

ABŞ-İran danışıqlarından sonra İsrail ordusu yüksək döyüş hazırlığına başlayıb

Bu gün / 19:07 1 dəq
İsrail avia zerbe
Bu gün / 19:07
Burada sizin reklamınız ola bilər

İsrail ordusu ABŞ və İran arasında danışıqların nəticəsiz qalmasından sonra İranla mümkün yeni qarşıdurma ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qerbxeber.comxəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ordunun mümkün eskalasiya ssenarisinə hazır olması barədə göstəriş verib.

“Ynet” portalının hərbi mənbələrə istinadən yaydığı məlumata əsasən, orduya əvvəlki İran qarşıdurmaları ərəfəsində tətbiq olunan döyüş protokoluna keçmək tapşırılıb. Bu protokol bütün hərbi hissələrin və birləşmələrin yüksək hazırlıq vəziyyətində saxlanmasını nəzərdə tutur.

Bildirilir ki, bu qərar ABŞ və İran nümayəndələri arasında Pakistanda keçirilən danışıqların nəticəsiz başa çatmasından sonra qəbul olunub və yaxın vaxtlarda hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ehtimalı ilə əlaqələndirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər