İsmayel Beqai: Zelenski Yaxın Şərq ölkələrini soymağa çalışır
Volodimir Zelenski Yaxın Şərq ölkələri ilə hərbi müqavilələr bağlayaraq onları soymağa çalışır.
Qerbxeber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Zelenskinin səfər etdiyi region ölkələri dörd il ərzində ölkəsini dağıdıcı müharibəyə məruz qoyan və Ukrayna xalqı üçün faciələr yaradan bir insanın onları soymağa çalışmasına icazə verməmək üçün ağıllıdırlar. Əminəm ki, region ölkələri belə bir tələyə düşməyəcəklər. İrana qarşı bu qanunsuz təcavüzün bir hissəsi olmamağa çalışan bəzi region ölkələrinin ağıllı nümayəndələrinə təşəkkür edirik”, – Bəqai bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Fars körfəzi ölkələri ilə dəniz dronlarının tədarükü məsələsində razılığa gəldiyi barədə məlumat verib.





