Trampın iqamətgahı üzərində təhlükə: F-16-lar mülki təyyarəni endirdi
F-16 qırıcıları ABŞ prezidenti Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında uçuşa qadağan zonanı pozan mülki təyyarəni zərərsizləşdirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Komandanlığın açıqlamasında deyilir: “NORAD F-16 qırıcı təyyarələri 29 martda Florida ştatının Palm Biç şəhərində mülki təyyarəni ələ keçirib. Mülki təyyarə təxminən saat 13:15-də (Şərq vaxtı ilə) müvəqqəti uçuş məhdudiyyəti zonasını (TFZ) pozub. Təyyarə NORAD təyyarələri tərəfindən təhlükəsiz şəkildə zonadan çıxarılıb”.





