ABŞ İrana qoşun yeritməyə hazırlaşır
Ağ Ev yaxın günlərdə İranda quru əməliyyatı keçirməyə hazırlaşır.
Qerbxeber.comTeleqraf -a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin müxbiri Aleks Vard Respublikaçı konqresmenlərə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri açıq şəkildə işarə edirlər ki, İranda quru əməliyyatı planlaşdırılır və yaxın vaxtlarda başlaya bilər”, – jurnalist qeyd edib.
Bundan əlavə, “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ Silahlı Qüvvələri Vaşinqtonla Tehran arasında birbaşa danışıqlar keçirilsə belə, ən azı daha iki-üç həftə ərzində İran ərazisinə zərbələr endirməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün İrana 15 maddədən ibarət plan təqdim edib. “Associated Press” agentliyinə danışan Pakistan rəsmilərinin sözlərinə görə, bu plan artıq İran tərəfinə çatdırılıb.
Bununla belə, Tehran tərəflər arasında məhsuldar danışıqların aparılması ilə bağlı iddiaları təkzib edir.





