Dünya

Ukraynanın onlarla deputatı mandatdan imtina etməyi düşünür

14 mart / 09:52 2 dəq
Ukrayna radasi 750x403
14 mart / 09:52
Burada sizin reklamınız ola bilər

Ukraynanın Ali Radasında onlarla deputat səlahiyyətlərini dayandırmaq üçün ərizə yazıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Aleksandr Yurçenko məlumat verib.

Onun sözlərinə görə, artıq bir neçə on deputat mandatdan imtina etmək niyyətini bildirib.

“Mən bilirəm ki, artıq bir neçə on deputat ərizə yazıb, getmək, mandatdan imtina etmək istəyirlər. Söhbət onlarla, təxminən 50-60 nəfərdən gedir”, – deyə Yurçenko bildirib.

Deputat qeyd edib ki, söhbət əsasən hakim “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputatlardan gedir. Onun sözlərinə görə, deputatların belə qərar verməsinin səbəbləri arasında parlamentin uzun müddətli fəaliyyəti, iş şəraitindən narazılıq, yorğunluq və aşağı əməkhaqqı göstərilir. Bildirilib ki, deputatların aylıq maaşı təxminən 50 min qrivna (1100 dollardan bir qədər çox) təşkil edir.

Bundan əvvəl “Xalqın xidmətçisi” fraksiyası sədrinin birinci müavini Andrey Motovilovets təxminən 40 deputatın səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq niyyətində olduğunu açıqlamışdı.

Ukrayna mediası uzun müddətdir Ali Rada deputatlarının iclaslara intizamsız münasibət göstərdiyini qeyd edir. Mətbuatda və sosial şəbəkələrdə tez-tez parlament zalının yarıboş olduğunu əks etdirən fotolar yayılır.

Paylaş
Burada sizin reklamınız ola bilər