ABŞ Prezidenti İran ordusunu təslim olmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp İran ordusu, polisi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərini silahı yerə qoymağa çağırıb, ölkənin hakim dini rəhbərliyini tərk edərlərsə onlara “tam toxunulmazlıq” vəd edib.
Tramp martın 5-də Ağ evdə çıxışında təhlükəsizlik qüvvələrini İran xalqının tərəfinə keçməyə, hökumətin devrilməsinə kömək etməyə çağırıb
Prezidentin iddiasına görə, son döyüşlərdə İranın hərbi imkanları ciddi zəiflədilib:
“Üç gün ərzində onların zenit silahları məhv edilib. Onların hava qüvvələri yoxdur. Hava hücumundan müdafiələri yoxdur. Bütün təyyarələri, rabitə sistemləri məhv edilib”.




