Zelenski Orbanın hədəsinə cavabı gecikdirmədi
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın 90 milyard avroluq krediti bloklamağa davam edəcəyi təqdirdə onun ünvanını Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə verəcəyini bildirib.
Qerbxeber.com bildirir ki, bu barədə Oxu.Az “RBK-Ukrayna”ya istinadən xəbər yayıb.
Ukrayna Prezidenti bu barədə brifinq zamanı danışıb.
“Ümid edirik ki, Avropa İttifaqında bir nəfər 90 milyardı və ya 90 milyardlıq ilk tranşı bloklamayacaq və ukraynalı döyüşçülərin silahı olacaq. Əks halda, bu şəxsin ünvanını silahlı qüvvələrimizə verərik. Qoy ona zəng vurub öz dilində danışsınlar”, – deyə Zelenski macarıstanlı naziri nəzərdə tutaraq vurğulayıb.
Xatırladaq ki, Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukrayna üçün 2026-2027-ci illər üçün 90 milyard avroluq kreditin verilməsi haqqında sazişi imzalayıb. Bu vəsait müharibə şəraitində ölkənin sabitliyini təmin etməlidir.
Lakin Macarıstan maliyyələşdirməni bloklayıb. Budapeşt ultimatum irəli sürüb: kredit yalnız Ukrayna “Drujba” boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etdikdən sonra təsdiqlənəcək.




