Dünya

ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı

3 mart / 06:45 1 dəq
Qartal abs edit
3 mart / 06:45
Burada sizin reklamınız ola bilər

ABŞ Dövlət Departamenti regionda gərginliyin artması ilə əlaqədar ölkə vətəndaşlarına Yaxın Şərqin 10-dan çox ölkəsini dərhal tərk etməyi tövsiyə edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, ABŞ Dövlət Departamenti və Marko Rubio vətəndaşları təhlükəsizlik riskləri ilə əlaqədar siyahıda göstərilən ölkələri mövcud kommersiya nəqliyyat vasitələrindən istifadə etməklə dərhal tərk etməyə çağırır.

Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza sektoru, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəmən daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər