Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Kral Çarlzın qardaşı sərbəst buraxıldı

20 fevral / 13:19 3 dəq
Kralin qardashi
20 fevral / 13:19
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya kralı Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanıldıqdan sonra polis nəzarətindən buraxılıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 19-da 66 yaşı tamam olan Mauntbatten-Vindzor Temza Vadisi polisinin əməkdaşları tərəfindən gün ərzində dindirilib. Polis onun Britaniyanın ticarət üzrə xüsusi nümayəndəsi olduğu dövrdə məxfi hökumət sənədlərini mərhum maliyyəçi və məhkum olunmuş cinsi cinayətkar Cefri Epşteynə ötürməsi ilə bağlı iddiaları araşdırır.

Axşam saatlarında o, İngiltərənin şərqində yerləşən Aylşam şəhərindəki polis bölməsindən buraxılıb. Polis bildirib ki, saxlanılan şəxs istintaq davam etdiyi müddətdə azadlığa buraxılıb.

Kral Çarlz yaydığı bəyanatda qardaşının saxlanılması xəbərini “dərin narahatlıqla” qarşıladığını bildirib və hüquq-mühafizə orqanlarının ailənin “tam dəstəyini və əməkdaşlığını” alacağını qeyd edib. O vurğulayıb ki, “qanun öz yolunu getməlidir”.

“Reuters”in yazdığına görə, Mauntbatten-Vindzor Epşteynlə bağlı hər hansı qanunsuzluqda günahını qəbul etmir və yalnız onunla dostluğuna görə təəssüfləndiyini bildirib. ABŞ hökumətinin Epşteynlə bağlı milyonlarla səhifəlik sənədləri açıqlamasından sonra ortaya çıxan məlumatlarda onun 2010-cu ildə rəsmi səfərlər zamanı əldə etdiyi bəzi hesabatları Epşteynə göndərdiyi iddia olunur. Bu qalmaqaldan sonra o, 2011-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb, 2019-cu ildə isə kral ailəsindəki bütün rəsmi funksiyalarını tərk edib və ötən il titulları da əlindən alınıb.

Polis qeyd edib ki, dövlət vəzifəsindən sui-istifadə ittihamı ağır cinayətlər kateqoriyasına daxildir və sübut olunacağı təqdirdə ömürlük həbs cəzasına qədər cəza nəzərdə tutulur. Hazırkı istintaq Epşteyn işi ilə bağlı əvvəllər qaldırılmış cinsi istismar iddialarına aid edilmir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı