Kateqoriyasız

Gürcüstanda koronavirusla bağlı rəsmi sayt Azərbaycan dilində fəaliyyətə başlayıb

25 mart / 12:50 1 dəq
8e164a62 549c 46ae 84ab 649accf56a78
25 mart / 12:50
Burada sizin reklamınız ola bilər

Gürcüstan hökumətinin ölkədəki koronavirusla bağlı yaratdığı xüsusi www.stopcov.ge saytının azərbaycandilli versiyası hazırlanıb.

İnternet resursun Azərbaycan dilində olan bölməsi bu gündən fəaliyyətə başlayıb.

Saytda koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizə istiqamətində atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.

Martın 3-dən aktiv olan sayt gündəlik olaraq yenilənir.

StopCov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın ermənidilli versiyası da hazırlanır. 

Paylaş
Burada sizin reklamınız ola bilər