Şəmkirdə “Kütləvi Arı Qırğınları” ilə bağlı Qərb bölgəsi arıçılarının toplantısı keçirildi
Son aylarda Azərbaycanın hər yerində arıçılıq sektoru kütləvi arı ölümləri problemi ilə üzləşib. Bu problem Qərb bölgəsindən də yan keçməyib. Burada, arıçılar arıların yuvaları tərk etmələri, arı ailələrinin sayının kəskin azalmaları və müxtəlif virus xəstəliklərinin olmasından şikayət edir.
Məhz bu problemin müzakirəsi və həlli yolları barədə birgə qərar qəbul etmək məqsədi ilə Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən arıçılar 15 oktyabr 2025-ci ildə Şəmkir şəhərində bir araya gəlib, bölgə arıçılarının sayca altıncı toplantısını realaşdırdılar.
Qerbxeber.com bildirir ki, toplantıya ölkənin qərb bölgəsindən, Goranboy, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax arıçıları ilə yanaşı Ağcabədi arıçıları da qatılmışdılar.
Tədbirin təşkilatçıları adından arıçı Fariz Salmanov tədbiri açıb elan edib,qonaqları salamladı, sonra, tədbirin aparıçılığı üçün sözü Qərb Xəbər portalının baş redaktoru Məhərrəm Göyüşoğluya verdi.
Gündəlikdə duran məsələlərdən birincisi -Arı ailələrinin xəstəliklərinin turşularla müalicəsi barədə peşəkar arıçı İlqar Rəhimov məlumat verdi.
Daha sonra, Arı ailələrinin yuvanı tərk etməsi və Varrao gənəsi ilə mübarizə barədə peşəkar arıçı Qurban Qurbanov,
Varrao gənəsi və digər virusoloji xəstəliklərlə mübarizə yolları barədə peşəkar arıçılar Fizuli Verdiyev, Xəyal Qarayev,Elxan Nəbiyev ətraflı çıxış etdilər.
Sonda Qərb bölgəsi Arıçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Arıçılığın problemləri, və gələcək inkişafı barədə təklifləri özündə əks etdirən müraciətin qəbul olunması barədə razılığa gəlindi.











